• (+99455) 530 10 18
  • info@idmanstore.az

Dymatize ISO 100, 2270 q.

144 AZN

Dymatize ISO 100, 2270 q.

Təsvir: Dymatize-dan olan ISO-100 – karbohidratların minimumda olduğu və əla dada malik olan mükəmməl zərdab zülalıdır!

Dymatize ISO-100 öz adını 100% zülal mənbəyi olan - zərdab zülalının hidrolizə edilmiş izolyatına görə almışdır. Əgər sizin peşəniz tibb ilə bağlı deyilsə, çətin ki siz bu cür zülalı əvvəllər görmüsünüz.

Bir çox şirkətlər bəyan edirlər ki, onlar zərdab zülalının izolyatından istifadə edirlər, lakin Dymatize ISO-100-un bir porsiyasından sonra siz fərqi dərhal görəcəksiniz, hətta hiss edəcəksiniz! Bizim zərdab zülalının izolyatı əla şəkildə emal edilmişdir, 100% hidrolizə və xüsusi emal edilmiş, keyfiyyət yoxlamasının ən azı 5 mərhələsindən keçmişdir. ISO-100-dən laktoza çıxarılmışdır, sürətlə mənimsənilən və bazarda bioloji cəhətdən ən əlçatan zülaldan başqa gərəksiz heç bir şey qalmamışdır.

Biz bilirik ki, zülalın maksimal mənimsənilməsi, əzələlərə bərpa zamanı kömək etmək və intensiv məşqlər dövründə çox böyük əhəmiyyətə malik olan müsbət azot balansını saxlamaq üçün əvəzolunmazdır. ISO-100 zülal standartı kimi yüksək başqa birisi yoxdur, əmin ola bilərsiniz ki, siz öz əzələlərinizi bütün potensialınızdan istifadə edərək qidalandırırsınız!

Gəlin tərkibinə baxaq: hər bir porsiyada heyrətləndirici 24-25 qram zülal vardır. Daha yaxından baxaq. Siz görəcəksiniz ki, bir porsiya – cəmi 28-31 qramdır, bu isə o deməkdir ki, ISO-100-də zülalın tərkibi 86-90% təşkil edir! Bizim düsturla rəqabət aparacaq başqa heç bir şey yoxdur, heç yaxında dura bilməz.

Dymatize zərdab zülalı izolyatının dəqiq emalı sizə onun ani həll olunmasını verir. Siz Dymatize ISO-100-ün necə tez həll olunduğuna inanmayacaqsınız. Və öz ultra təmizliyinə və tərkibində laktozanın sıfır səviyyəsində olmasına görə, ola bilsin ki, Dymatize hal-hazırda bazarda ən asan mənimsənilən zülaldır.

Unutmayın, tərkibində cəmi 1-2 qram karbohidrat olan Dymatize ISO-100-ün dadları azkalorili diyetalar(pəhrizlər) üçün olduqca mükəmməldir.

Məhsulun bir porsiyasında(1 ölçü qaşığı – 29.2 qr) qida maddələrinin tərkibi:

* Kalorilər - 110, o cümlədən yağ kaloriləri - 0

* Cəmi yağlar - 0 qr.

* Xolesterin - 5 mq.

* Cəmi karbohidratlar - 1 qr., o cümlədən qida sellülozu - 0 qr., şəkər - 0 qr.

* Zülal - 25 qr.

* Kalium - 160 mq.

* Natrium - 90 mq.

İnqridiyentlər: zərdab zülalının hidrolizə edilmiş izolyatı, təbii və süni aromatizatorlar, duz, sukraloza, steviya ekstraktı. Tərkibində süd və soya (lesitin) vardır.

İstifadə qaydaları: ISO-100-ün bir ölçü qaşığını 150-180 ml. suya, südə və ya şirəyə əlavə edin. Zülal tam həll olunana qədər qarışdırın. Maksimal nəticə üçün məşqdən əvvəl və sonra, həmçinin qida qəbulları arasında qəbul edin.

Bağlamada porsiyaların sayı: 77.

İstehsalçı: Dymatize

 

food_single