• (+99455) 530 10 18
  • info@idmanstore.az

MuscleTech Hydroxycut Hardcore Elite 110 kaps.

38 AZN

Təsvir: Hydroxycut Hardcore – sizi maksimum səviyyədə enerji ilə təmin edəcək preparatdır.

Hydroxycut Hardcore

Təsvir: Hydroxycut Hardcore – sizi maksimum səviyyədə enerji ilə təmin edəcək preparatdır. Bu patentləşdirilmiş məhsulu analoqlarından fərqləndirən odur ki, o ən təbii şəkildə norepinefrin hormonunun sekresiyasını artırmağa qadirdir. Bu hormonun orqanizmə nə kimi təsiri vardır? Onun kifayət qədər miqdarı olduqda, piy ehtiyatları parçalanmağa başlayır və enerji şəklində qan dövranı vasitəsilə əzələlərə daxil olur. Atlet üçün uzun müddət və effektiv şəkildə məşq etməklə yanaşı, qısa bir müddətdə piy çöküntülərindən azad olmaq imkanı yaranır.

ABŞ-ın şirkəti olan MuscleTech fundamental olaraq yeni məhsul yaratdı - Hydroxycut Hardcore piy əridicisi, hansı ki qəbul edildikdən sonra uzun müddət ərzində eyni dərəcədə güclü təsirə malikdir. O, mükəmməl şəkildə orqanizmin reaksiyalarına (mübadilə proseslərinə) müqavimət göstərir və onları düzgün şəkildə yönəldərək piy toxumalarını əriməyə məcbur edir.

1. Super-termoqenik

Tərkibinə elmi cəhətdən tərtib edilmiş və sınaqlardan keçirilmiş əsas inqrediyentlər daxildir: 250 mq Coleus Forskohlii. O cümlədən 56.3 mq yoximbe, 200 mq Canephora Robusta və 100 mq L-Theanine.

2. Ekstremal enerji

Hydroxycut Hardcore Elite-in tərkibinə sizi elə ilk qəbuldanca partlayıcı enerji ilə təmin edəcək güclü təsirə malik olan super-termogen komponenti - susuz kofein (caffeine anhydrous) daxildir!

3. Yüksək konsentrasiya

Temogenezlə kombinasiyada, o məşqlərdə diqqətinizi toplamağa kömək edir.

4. Artıq çəkidən azad edir.

Güclü təsirə malik olan piy əridən kompleks 2 kliniki tədqiqatlarda sınaqlardan keçirilmişdir.

Məhsulun bir porsiyasında (2 kaps.) qida maddələrinin tərkibi:

Susuz kofein 270 mq

Koleus ekstraktı 250 mq

Yaşıl çay ekstraktı 200 mq

L-teanin 100 mq

Kakao ekstraktı 100 mq

İnqrediyentlər:

Susuz kofein, L-teanin, yoximbe ekstraktı , Coleus ekstraktı (Coleus Forskohlii kimi) (kökü), yaşıl kofe ekstraktı, kakao ekstraktı (Theobroma kakao kimi) (toxumu), jelatin kapsulları (jelatin, FD & C mavi № ??1, FD & C Red № 40, titan dioksidi), maqnezium stearat, silisium dioksidi, mikrokristalik sellüloz.

İstifadə qaydaları: Yeməkdən 30-60 dəqiqə qabaq qəbul edin. Orqanizmin preparata qarşı təhlükəsiz reaksiyası üçün, qəbulu mərhələli şəkildə başlamaq lazımdır: 1-ci gün 1 kapsul qəbul edin. 2-ci və 3-cü gün günə 2 kapsul qəbul edin. 4-cü və qalan günlər ərzində 2 kapsulu gündə 2 dəfə səhər və nahar yeməyindən 30-60 dəqiqə qabaq qəbul edin. Əsas qida qəbulları arasında nə isə yemək tövsiyə edilmir. Maksimal effektə nail olmaq üçün Hydroxycut Hardcore Elite-i diyeta və məşqlərlə bərabər 60 gün ərzində istifadə edin. Yatmazdan 5 saat əvvəl qəbul etməyin. 24 saat ərzində 4 kapsuldan artıq qəbul etmək olmaz. 8 həftədən artıq qəbul etymək olmaz. Çalışın gündə ən azı 10 fincan su için. İstifadə etməmişdən öncə bağlamadaki təlimatla tanış olun!

Bağlamada porsiyaların sayı: 30.

İstehsalçı: Muscletech

food_single